Azərbaycan qeyri-neft-qaz ixracını 18 %-ə yaxın artırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracında artım qeydə alınıb.
BAKU.WS bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Qeyd edilib ki, bu ilin yanvar-avqust aylarında qeyri-monetar qızıl nəzərə alınmadan qeyri-neft-qaz ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% artaraq 2,8 milyard ABŞ dollarına yüksəlib.
Təkcə avqust ayında bu göstərici illik müqayisədə 13% artaraq 350,8 milyon dollar təşkil edib. Hesabat dövründə yeyinti məhsullarının ixracı 80,7 milyon dollar, qeyri-yeyinti məhsullarının ixracı isə 11,4% artaraq 251,1 milyon dollar olub.
Məhsul qrupları üzrə ən yüksək artım şəkərin ixracında qeydə alınıb. Şəkər ixracının dəyəri 2,3 dəfə, pambıq ipliyinin 62,2%, alüminium və ondan hazırlanan məmulatların 42,8%, meyvə-tərəvəzin isə 13,7% artıb.
Aqrar məhsulların ixracı 19,2% artaraq 732 milyon dollara, aqrar-sənaye məhsullarının ixracı 22,1% artaraq 255,8 milyon dollara çatıb. Aqrar və aqrar-sənaye məhsullarının ümumi ixracı isə 19,9% artaraq 987,8 milyon dollar təşkil edib.
Oxşar xəbərlər
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət...