62 və 217 nömrəli marşrutlar "BakuBus"a verilib
Yeniliklərdən dərhal xəbərdar olun
2 və 217 nömrəli marşrutlar üzrə keçirilən müsabiqədə "BakuBus" MMC qalib gəlib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Qeyd olunub ki, 62 və 217 nömrəli avtobus marşrutları üzrə müsabiqələr keçirilib və hüquqi şəxs "BakuBus" MMC qalib gəlib.
Məlumata görə, artıq fevralın 1-dən Xətai rayonunun Nəsirəddin Tusi küçəsini Sabunçu Dəmiryol Stansiyası ilə əlaqələndirən 62 nömrəli marşrut üzrə 27 elektrikli avtobus və "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini Məmmədli qəsəbəsi ilə əlaqələndirən 217 nömrəli marşrut üzrə 13 ədəd CNG texnologiyalı avtobus sərnişinlərə xidmət göstərəcək.
62 nömrəli marşrutda gediş haqqı 0,50 AZN, 217 nömrəli marşrutda isə 0,55 AZN təşkil edir. Ödənişlər nağdsız qaydada həyata keçiriləcək.
Oxşar xəbərlər
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
Ağstafa rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan 1982-ci il təvəllüdlü şəxs (kişi) 15.11.2026-cı il tarixində saat 15:20 radələrində Qazax R...