VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhərin mərkəzi istiqamətində "Bakubus” MMC-yə məxsus avtobuslar ekspress xətt üzrə fəaliyyətə başlayıb.


"Azərbaycan Hava Yolları”nın (AZAL) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ekspress avtobuslar səhər saat 6-dan gecə saat 12-dək Hava limanı – "28 May” metro stansiyası və əks istiqamətdə "Koroğlu” metro stansiyası yaxınlığındakı dayanacaqda 1 dəqiqə dayanma fasiləsi ilə 30 dəqiqə intervalla xidmət göstərir. 

 

"Bakubus”un ekspress avtobuslarından istifadə etmək üçün sərnişinlər hava limanının 1-ci və 2-ci terminallarının çıxışındakı dayanacaqlara yaxınlaşa bilərlər.

 

BAKU.WS