VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı (1,2 yanvar) ilə əlaqədar olaraq Azərbaycanda 5 gün iş olmayacaq. 
 
BAKU.WS-in məlumatına görə, 31 dekabr cümə axşamına, 1-2-i isə cümə və şənbə gününə düşür. Bayram günlərindən birinin istirahət gününə düşməsi nəticəsində ölkədə qeyri-iş günlərində dəyişiklik olub. 

Belə ki, 5 günlük işləyənlər üçün 5 gün, 6 günlük işləyənlər üçün isə 4 gün qeyri-iş günü olacaq.
 
Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 2015-ci ildə iş günü hesab edilməyən günlər müəyyən edilib. İstehsalat təqvimində həmin günlər qeyri-iş günü olaraq qəbul edilib.  
 
BAKU.WS