Azərbaycanda 5 gün iş olmayacaq

Azərbaycanda 5 gün iş olmayacaq
Sosial 1949

 

31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı (1,2 yanvar) ilə əlaqədar olaraq Azərbaycanda 5 gün iş olmayacaq. 

BAKU.WS-in məlumatına görə, 31 dekabr cümə axşamına, 1-2-i isə cümə və şənbə gününə düşür. Bayram günlərindən birinin istirahət gününə düşməsi nəticəsində ölkədə qeyri-iş günlərində dəyişiklik olub. 

Belə ki, 5 günlük işləyənlər üçün 5 gün, 6 günlük işləyənlər üçün isə 4 gün qeyri-iş günü olacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 2015-ci ildə iş günü hesab edilməyən günlər müəyyən edilib. İstehsalat təqvimində həmin günlər qeyri-iş günü olaraq qəbul edilib.  

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyevin tapşırığına əsasən dərman qiymətləri yenə ucuzlaşdı

İlham Əliyevin tapşırığına əsasən dərman qiymətləri yenə ucuzlaşdı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədilə Tarif (qiymət) Ş...

1572 Sosial 10:00 29 oktyabr 2015

Son xəbərlər