Bu gün Azərbaycanda qış vaxtına keçildi

Bu gün Azərbaycanda qış vaxtına keçildi
Sosial 987

 

Bu gün Azərbaycanda yay vaxtı ləğv edilib. 

BAKU.WS-in məlumatına görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli, 21 nömrəli Qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.

Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 25 oktyabr 2015-ci il tarixində saat 5.00-da respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv edilib. 

BAKU.WS

Oxşar xəbərlər

Əqrəbləri geri çəkməyi unutmayın

Əqrəbləri geri çəkməyi unutmayın

25 oktyabr 2015-ci il tarixində Azərbaycanda yay vaxtı ləğv ediləcək. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi BAKU.WS-ə verilən məlumata g...

2197 Şou-biznes 16:37 23 oktyabr 2015

Son xəbərlər