Bakıda məsciddə Qədir gecəsi qadınlar arasında dava düşdü - VİDEO

08
iyn
2018
13:59
Azərbaycanlı müğənni Sevda Əliqızı qədr gecəsində Bibi Heybət məscidində gözlənilməz halla qarşılaşıb. BAKU.WS xəbər verir ki, o, Qədir gecəsini ibadətlə keçirməyə gələn qadınların davası ilə qarşılaşıb. Şahid olduğu mənzərəni telefonu ilə çəkən ifaçı görüntüləri sosial şəbəkələrdə bu sözlərlə paylaşıb: “Heç istəməzdim ki, belə bir paylaşım edim. Amma məcbur oldum. Qadınların əxlaqına baxın. Qədr gecəsində Allahdan etdikləri günahların bağışlanmasını istəyən vaxtı yenidən günaha batırlar. Ar olsun”. Sevda Əliqızı davanın baş vermə səbəbini açıqlamayıb. Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Ramazan ayında qədr gecələrinin vaxtı açıqlanıb
Ramazan ayında 4 Əhya gecəsi (qədr gecəsi) olacaq."Report" xəbər verir ki, ilk qədər gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə baş verəcək.Bu da iyunun 3-də...
