Qədr gecəsi Mir Mövsüm Ağa ziyarətgahında müğənniylə fotosessiya etdilər
28
iyn
2016
14:29
Ramazan ayının ikinci Qədr gecəsi – iyun ayının 26-dan 27-nə keçən gecə Mir Mövsüm Ağa ziyarətgahında biabırçı anlar yaşanıb.
BAKU.WS AzNews.az-a istinadən məlumat verir ki, ziyarətə gələnlər arasında müğənni Mətanət Əsədovanın da olması gecədə qarmaqarışıqlıq yaradıb. Belə ki, ziyarətçi xanımlar müğənnini görər-gözməz onun yanına axışıb və şəkil çəkdirmək üçün növbəyə düzülüblər.
Məlumata görə, ziyarətgahın içərisində yarım saat müddətində davam edən fotosessiya ciddi sıxlıq yaradıb. Bu isə digər ziyarətçilərin narazılığına səbəb olub.
BAKU.WS
Oxşar xəbərlər
Qalmaqallı azərbaycanlı modeldən çimərlik geyimində FOTOSESSİYA
"Miss Azərbaycan 2015” gözəllik müsabiqəsinin qalibi Nataliya Sokolevskaya yeni fotosessiya etdirib. BAKU.WS məlumat verir ki, model hazırda Dubayda istirahət...