30 yaşlı gənc prorektor oldu
16
yan
2025
12:32
Güldənə Hidayətli Bakı Ali Neft Məktəbinə (BANM) strateji inkişaf üzrə prorektor təyin edilib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, Güldənə Hidayətli BANM-da həm bakalavr, həm də magistr pilləsində təhsil alıb.
Güldənə Şahin qızı Hidayətli 1995-ci ildə Qəbələ rayonunda anadan olub.
O, BANM-in Keyfiyyətə təminat şöbəsində əməkdaş, son 5 ildə isə həmin şöbənin müdiri vəzifəsində çalışıb.
G.Hidayətlinin prorektorluğa təqdimatı BANM rektoru Elmar Qasımov tərəfindən SOCAR rəhbərliyinə verilib və təsdiqlənib.
O, birinci "Yüksəliş" müsabiqəsinin qalibidir.
Oxşar xəbərlər
"Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2026"ya bunları gətirmək qadağandır! - SİYAHI
Sabahdan paytaxtda "Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2026" başlayır. BAKU.WS xəbər verir ki, bu səbəblə Daxili İşlər Nazirliyi azarkeşlərin rahat v...