SİZİN REKLAM BURADA!
055 213 76 73



Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi məqsədi ilə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 11-72 ci km-lik hissəsində hər iki istiqamət üzrə (Lökbatan dairəsi-Qaradağ postu) may ayının 1-dən 4-nə kimi səhər saat 10:00-dan etibarən axşam saat 19:00-a kimi  üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

"Azəravtoyol" ASC-dən BAKU.WS-ə verilən məlumata görə, müvafiq işlərlə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə  qismən məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.
 
BAKU.WS