Husilər Səudiyyə Ərəbistanındakı hərbi bazaya hücum etdiklərini açıqladı

Husilər Səudiyyə Ərəbistanındakı hərbi bazaya hücum etdiklərini açıqladı
Dünya 29

Husilər Səudiyyə Ərəbistanının cənubunda yerləşən hərbi bazaya pilotsuz uçuş aparatları və raketlərlə zərbə endirdiklərini bildiriblər.

BAKU.WS xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Səri hücumun Şərurə hərbi bazasına həyata keçirildiyini açıqlayıb.

Onun sözlərinə görə, zərbələr zamanı silah anbarları, həmçinin komandanlıq və idarəetmə mərkəzləri hədəfə alınıb.

Hücumun konkret olaraq nə vaxt baş verdiyi açıqlanmayıb.

Husilər həmçinin bildiriblər ki, son bir həftə ərzində Yəmənin Qırmızı dəniz sahilində və strateji adalarda mövqelərini gücləndiriblər. Qırmızı dənizin cənub girişində yerləşən Bab əl-Məndəb boğazı da tərəflər arasında gərginliyin əsas nöqtələrindən birinə çevrilib.

Hərəkatın son açıqlamasında Səudiyyə Ərəbistanının son 48 saat ərzində onların nəzarətində olan ərazilərə 129 hava zərbəsi endirdiyi də iddia olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər