VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakı-Şamaxı avtomobil yolunun 12,8 km-də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

"Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən BAKU.WS-ə bildirilib ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən hissəsində Sulutəpə qəsəbəsi ərazisində tikilən yerüstü piyada keçidlərində aşırım qurğusunun montajı ilə əlaqədar olaraq mart ayının 14 və 15-də saat 00:00-dan 05:00-dək yolun bir hərəkət zolağında (hər iki istiqamət üzrə) nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Mart ayının 16 və 17-də isə saat 00:00-dan saat 05:00-dək yol hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərkəti üçün tamamilə bağlanacaq.

Arzu Mirzəyeva
BAKU.WS