Sabah Bakının bu yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah Bakı şəhərində yolların təmiri ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq.
"Azəravtoyol" ASC-dən BAKU.WS-ə verilən məlumatda bildirilir ki, sabah səhər saatlarından Bakının Cəfər Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.
Məlumata görə, hərəkətin məhdudlaşdırılması bir neçə saat çəkəcək. Buna səbəb aparılacaq təmir işləridir.
"Göstərilən müddət ərzində sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə cəmiyyətin məlumatında qeyd edilib.
Arzu Mirzəyeva
BAKU.WS

Oxşar xəbərlər
Sabah bağlanacaq yolların SİYAHISI açıqlandı
Yanvarın 20-də paytaxtın bəzi küçə və prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İda...