Ramina Saadatkhanın əsəri "Cadillac"ın Azərbaycan Qran-Prisi posterində

Ramina Saadatkhanın əsəri Cadillacın Azərbaycan Qran-Prisi posterində
Foto
İdman 12

Azərbaycanlı rəssam Ramina Saadatkhan 2026-cı ildə beynəlxalq incəsənət platformalarında əldə etdiyi uğurları yeni əməkdaşlıqla davam etdirir. Rəssam Cadillac Formula 1 Team və ODITI-nin birgə həyata keçirdiyi Formula 1 yarış posterləri layihəsi çərçivəsində Azərbaycan Qran-Prisinə həsr olunan rəsmi posterin müəllifi seçilib. Poster artıq ODITI platformasında Cadillac Formula 1 Team-in rəsmi lisenziyalı və nömrələnmiş sənət əsəri kimi satışa təqdim olunub.

Cadillac Formula 1 Team × ODITI - Azerbaijan GP 2026 rəsmi posteri

1977-ci ildə Bakıda anadan olan Ramina Saadatkhan Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. Onun yaradıcılığında insanın daxili dünyası, emosional transformasiya, yaddaş, kimlik və təbiətlə əlaqə əsas mövzular sırasında yer alır. Rəssam müxtəlif illərdə Venesiya Biennalesinin 59-cu Beynəlxalq İncəsənət Sərgisinin Azərbaycan pavilyonu, Art Dubai, Contemporary Istanbul və digər beynəlxalq layihələrdə iştirak edib.

2026-cı il rəssamın beynəlxalq fəaliyyəti baxımından xüsusilə əlamətdar olub. May ayında Kiprin Limassol şəhərində keçirilən VIMA 2026 beynəlxalq incəsənət sərgisində Ramina Saadatkhan Latviya qalereyasının təqdim etdiyi solo stendlə təmsil olunub. Sərgidə nümayiş etdirilən əsərləri ziyarətçilərin marağına səbəb olub və səsvermənin nəticələrinə əsasən rəssam "Audience Choice Award" mükafatına layiq görülərək birinci yeri tutub.

VIMA-dakı təqdimat beynəlxalq incəsənət mediasının da diqqətini çəkib. Rəssamın yaradıcılığı və sərgidə nümayiş etdirilən əsəri Forbes nəşrinin VIMA 2026-ya həsr etdiyi materialda təqdim olunub. https://www.forbes.com/sites/joanneshurvell/2026/05/22/vima-2026-highlights-from-cyprus-emerging-international-art-fair/

Ramina Saadatkhanın VIMA-dakı iştirakı Fransanın incəsənət və art-bazar sahəsində ixtisaslaşmış nüfuzlu nəşrlərindən Le Quotidien de l"Art tərəfindən də işıqlandırılıb. 2011-ci ildən nəşr olunan və Beaux Arts & Cie qrupuna daxil olan Le Quotidien de l"Art müasir incəsənət və beynəlxalq art-bazar proseslərini gündəlik izləyən ixtisaslaşmış fransız nəşridir. https://www.lequotidiendelart.com/articles/29321-chypre-g%C3%A9orgie-des-march%C3%A9s-sur-des-lignes-de-faille-g%C3%A9opolitiques.html

Rəssamın 2026-cı ildə beynəlxalq fəaliyyətinin növbəti mərhələsi isə incəsənətlə avtomobil idmanını bir araya gətirən layihə olub. Cadillac Formula 1 Team və ODITI tərəfindən Formula 1 mövsümünün ayrı-ayrı Qran-Prilərinə həsr olunan xüsusi sənət posterləri seriyası çərçivəsində Azərbaycan mərhələsinin vizual əsərinin yaradılması Ramina Saadatkhana həvalə edilib.

Rəssamın Azərbaycan Qran-Prisi üçün yaratdığı əsər artıq "Azerbaijan GP 2026" adı ilə ODITI-də satışa çıxarılıb. Platforma onu Cadillac Formula 1 Team-in rəsmi, nömrələnmiş sənət əsəri kimi təqdim edir. Müxtəlif ölçülərdə hazırlanan giclée printlər arxiv keyfiyyətli kağız və muzey standartlı mürəkkəblə çap edilir və rəqəmsal autentiklik sertifikatı ilə təqdim olunur.

Cadillac Formula 1 Team × ODITI - Azerbaijan GP 2026 rəsmi posteri

https://www.instagram.com/p/DdkGFjGpXin/?stkn=MTVibGJya2R3Z3Ftaw==

https://raminasaadatkhan.art/en/

https://raminasaadatkhan.com

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər