Ölümündən sonra təltif edilən DSX hərbçiləri kimlərdir? - FOTO
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında imzaladığı sərəncamda bir neçə hərbçi ölümündən sonra təltif edilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, gizir Əliyev Rüfət Fizuli oğlu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, mayor Baxışlı Baxış Elşən oğlu "Vətən uğrunda" medalı, əsgər Nağıyev Əli Elşən oğlu isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunublar.
Ölümündən sonra ordenlə təltif edilən gizir Rüfət Əliyev Vətən müharibəsi şəhididir. O, zəfərə iki gün qalmış, noyabrın 7-də dövlət sərhədinin üzərində yerləşən 812.0 yüksəkliyi uğrunda döyüşdə şəhidlik zirvəsinə ucalıb.
Mayor Baxış Baxışlı və əsgər Əli Nağıyev isə bu il iyunun 9-da ildırım vurması nəticəsində həlak olublar. Onlar "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi zamanı bədbəxt hadisə ilə üzləşiblər.
Fotoda gizir Rüfət Əliyev
Fotoda mayor Baxış Baxışlı
Fotoda əsgər Əli Nağıyev
Oxşar xəbərlər
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 104 il ötür
Avqustun 18-də Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 104 ili tamam olur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumət...