Mormon Kilsəsi rəsmi qeydiyyata görə Azərbaycana təşəkkür edib - VİDEO
28
iyl
2024
13:56
Azərbaycan hökuməti Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsini rəsmi qeydiyyata alıb.
“Report” xəbər verir ki, bu barədə kilsə bəyanat yayıb.
Qeyd olunub ki, qeydiyyat dini təşkilata paytaxt Bakı ərazisində kilsə adından fəaliyyət göstərmək hüququnu verir.
Öz növbəsində kilsə rəhbərliyi Azərbaycan hökumətinə təşəkkür edib. Vurğulanıb ki, Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqa mühüm töhfə verir və ölkəmizdə tarixən müxtəlif dinlərin nümayəndələri vahid bir ailə kimi dinc və sülh şəraitində yaşayır.
Oxşar xəbərlər
İcma: "Etnik təmizləmə törədənlər və qayıdışımıza mane olanlar məsuliyyətə cəlb edilməlidir"
Qərbi Azərbaycan İcması BMT-nin İnsan hüquqları üzrə Ali Komissiarına müraciət ünvanlayıb. BAKU.WS report-a isinadən xəbər verir ki, məktubda Ermənistanın azər...