Milli Qəhrəman Natiq Qasımovun anasına ev verilib - FOTO
25
iyl
2024
14:03
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımovaya Gəncə şəhərində yerləşən MİDA yaşayış kompleksindən ev verilib.
“Report” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.
Qeyd edilib ki, ikiotaqlı, tam təmirli mənzil D.Qasımovaya təqdim edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 25 iyun 2024-cü il Sərəncamına əsasən, Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Oxşar xəbərlər
MİDA növbəti satışa başlayır - 29 minə mənzillər
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakının Hövsan qəsəbəsində, eləcə də Sumqayıt və Gəncə şəhərlərində mənzillərin növbəti dəfə güzəştli satışına başlayır....