Uşaqların qısa videolara aludə olmasının səbəbi açıqlanıb

İT mütəxəssisləri uşaqların qısa videolara aludə olmasının səbəbini açıqlayıblar.
BAKU.WS xəbər verir ki, mütəxəssis Dmitri Konyaev Gazeta.Ru-ya açıqlamasında uşaqlar dofamin səbəbindən qısa videolara baxmağa meyilli olduğunu bildirib. Onun sözlərinə görə, sosial şəbəkələr xoşbxtəlik hormonunu tez bir zamanda əldə etməyə imkan verir.
Qısa videolara baxmaqdan asılılıq dopamin sistemi ilə əlaqələndirilir.
Dopamin, həzz anları və ya mükafat gözləməsi zamanı beyin tərəfindən istehsal olunan bir maddədir. Mütəxəssis bildirir ki, oyunlar, hobbilər və proqramlaşdırma kimi yeni bir şey öyrənməklə bağlı videolar dopamin istehsalına kömək edir.
Mütəxəssis sözlərinə görə, sosial şəbəkələr sevinc hormonunu tez və rahat şəkildə əldə etməyə imkan verdiyi üçün uşaqda konsentrasiya problemi yaranır. Bu, öyrənmədə çətinliklərə səbəb ola bilər. Daim qısa videolara baxmaq da uzun mətnləri oxumaq qabiliyyətinizi azaldır.
Mütəxəssis onu da vurğulayıb ki, asılılığın öhdəsindən gəlmək üçün internetdə sərf olunan vaxtı azaltmaq lazımdır.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...
