Muxtar Babayev: Azərbaycan COP29-un örnək olması üçün öhdəlik götürüb
Azərbaycanın sədrliyi ilə keçiriləcək COP29-un örnək olması üçün öhdəlik götürmüşük.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 Azərbaycan Sədrliyinin mətbuat konfransında deyib.
Nazir bildirib ki, COP29-da ticarət, enerji, rəqəmsallaşma təhsil, sağlamlıq, turizm, nəqliyyat, gender bərabərliyi və.s sahələri əhatə ediləcək, ən yaxşı təcrübələr bölüşüləcək:
"Biz bütün tərəfləri bir araya gətirməyə çalışırıq. "Heç kimi geridə qoyma" əsas prinsipimizdir. COP29-da iqlimlə bağlı əziyyət çəkən bütün icmaları diqqətdə saxlayacağıq. Dayanıqlı inkişaf və inklüziv nəticələr əldə etmək üçün səylərimizi əsirgəməyəcəyik".
M.Babayev qeyd edib ki, artıq COP29 sədrliyi tərəfdaşlarına ilk məktubu göndərib.
Oxşar xəbərlər
COP29-un prezidenti iştirakçı ölkələrin hökumətlərinə rəsmi məktub göndərib
Bir sıra beynəlxalq nəşrlərdə dərc edilən məqalələrdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) pr...