Bulvarda sökülən attraksionların yerinə niyə yeniləri gətirilmir?

Bulvarda sökülən attraksionların yerinə niyə yeniləri gətirilmir?
Sosial 137

Xeyli müddətdir ki, Dənizkənarı Bulvarın ərazisində fəaliyyət göstərən çox sayda attraksion yığışdırılıb. Onların yerində indi kafe və restoranlar yerləşir.

Qeyd edək ki, bir neçə il əvvəl bu ərazidə 40-a yaxın attraksion var idi.

Attraksionların fəaliyyətinin yenidən bərpa olunması düşünülürmü?

Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, bulvar ərazisindən yığışdırılan attraksionlar müasir tələblərə cavab vermirdi, istismar müddətini başa vurmuşdu:

"Köhnəlmiş attraksionların yığışdırılması həm də təhlükəsizlik baxımından vacib idi. Onların yeni nəsil attraksionlarla əvəzlənməsi istiqamətində işlər aparılır. İlin əvvəlində azyaşlılar üçün bir neçə yeni attraksion, gəzinti qatarları istifadəyə verilib".

"Bundan əlavə, mart ayında Panorama attraksionu əsaslı təmir olunduqdan sonra yenidən istifadəyə verilib. Qeyd edək ki, attraksion yalnız küləkli hava şəraitində işləmir", - deyə qurum sözçüsü bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bulvarda yeni attraksionlar quraşdırılacaq

Bulvarda yeni attraksionlar quraşdırılacaq

Dərs ilinin başa çatmasına sayılı günlər qalıb. Məktəblilər yay tətilinə buraxılırlar. Yay tətilində uşaqların ən çox üz tutduğu məkanlardan biri isə Dənizkənar...

264 Sosial 17:36 05 iyun 2023

Son xəbərlər