Namizəd olduğu deyilən müğənnidən - AÇIQLAMA
Müğənni Humay Aslanovanın YAP-dan deputatlığa namizəd olması barədə məlumatlar yayılıb.
İddialarla bağlı H.Aslanova “Qafqazinfo”ya açıqlamasında yayılan məlumatları təkzib etdi.
Qeyd edib ki, deputatlığa namizədliyi irəli sürülən xanımla sadəcə ad-soyadı eynidir: “Mənim ata adım Tahir, namizədin ata adı isə Tofiqdir. Ola bilər, ad və soyadlar eyni olduğu üçün anlaşılmazlıq olub”.
“Deputat olmaq kimi bir istəyiniz varmı?” sualına isə müğənni belə cavab verib: “Niyə də olmasın?! Amma mənim hazırda ilkin hədəfim Əməkdar artist fəxri adı almaqdır”.
Qeyd edək ki, YAP-ın 107 saylı Tovuz - Qazax – Ağstafa dairəsindən namizədi Aslanova Humay Tofiq qızıdır.
Məlumat üçün bildirək, müğənni H.Aslanova məşhur cazmen, Əməkdar artist Akif Süleymanbəylinin ansamblında çıxış edib.
***17:12
Müğənni, pedaqoq Aslanova Humay Tofiq qızı hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi olub.
BAKU.WS bakupost.az-a istinadən xəbər verir ki, Humay Aslanovanın namizədliyi 107 saylı Tovuz - Qazax - Ağstafa dairəsindən irəli sürüləcək.
Oxşar xəbərlər
Regionlarda İlham Əliyevə dəstək yürüşləri keçirilir - YENİLƏNİR - FOTO/VİDEO
İşğaldan azad olunmuş Füzuli şəhərində vətəndaşlar İlham Əliyevin qələbəsini bayram edir. Şəhər sakinləri sevinc və qürur hisslərini bir-biriləri ilə bölüşüblər...