Bakıda yanğın baş verən binanın sakinləri: "Şam işığında otururuq" - VİDEO

Bakıda yanğın baş verən binanın sakinləri: Şam işığında otururuq - VİDEO
Video
Sosial 116

Bakıda yanğın baş verən yaşayış binasında bir həftədir ki elektrik enerjisi verilmir.

Belə ki, iyulun 7-də paytaxtın Xətai rayonu, General Şıxlınski küçəsində 16 mərtəbəli binanın şaxtasında yanğın baş verib.

"Bir həftədir işığımız yoxdur, şam işığında otururuq. Yeməyi düşüb həyətdə yeyirik. Heç kim bizimlə maraqlanmır", - sakinlər narazılığını bildiriblər.

MTK-dan bildirilib ki, iş nəzarət altındadır, problem qısa müddət ərzində həll olunacaq.

"Azərişıq" ASC-dən verilən məlumata görə, binanın sayğacları hazırdır. MTK tərəfindən işlər tamamlandıqdan dərhal sonra sayğaclar quraşdırılacaq.

Ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər