Bakıda yanğın baş verən binanın sakinləri: "Şam işığında otururuq" - VİDEO

Bakıda yanğın baş verən yaşayış binasında bir həftədir ki elektrik enerjisi verilmir.
Belə ki, iyulun 7-də paytaxtın Xətai rayonu, General Şıxlınski küçəsində 16 mərtəbəli binanın şaxtasında yanğın baş verib.
"Bir həftədir işığımız yoxdur, şam işığında otururuq. Yeməyi düşüb həyətdə yeyirik. Heç kim bizimlə maraqlanmır", - sakinlər narazılığını bildiriblər.
MTK-dan bildirilib ki, iş nəzarət altındadır, problem qısa müddət ərzində həll olunacaq.
"Azərişıq" ASC-dən verilən məlumata görə, binanın sayğacları hazırdır. MTK tərəfindən işlər tamamlandıqdan dərhal sonra sayğaclar quraşdırılacaq.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
"Artilleriyanın Allahı" Əliağa Şıxlinskinin anadan olmasından 161 il ötür
Bu gün "Artilleriyanın Allahı" adlandırılan Əliağa Şıxlinskinin anadan olmasından 161 il ötür. Əliağa İsmayıl ağa oğlu Şıxlinski 1863-ci ilin martın 15-də Qaza...