2025-ci ildə Azərbaycana gətirilən humanitar yardımın həcmi azalıb
Yeniliklərdən dərhal xəbərdar olun
2025-ci ilin ilk 9 ayında Azərbaycana idxal olunan humanitar yük, təmənnasız kömək, texniki yardım və hədiyyələrin ümumi dəyəri 28 milyon 912.95 min manat təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 2.1 dəfə az olub.
BAKU.WS Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən il həmin kateqoriyaya aid idxalın dəyəri 60 milyon 828.89 min manat idi.
Eyni dövrdə ölkədən ixrac olunan humanitar yük, təmənnasız kömək, texniki yardım və hədiyyələrin dəyəri də azalıb. Belə ki, 2024-cü ildə bu göstərici 3 milyon 673.22 min manat olduğu halda, 2025-ci ildə 3 milyon 245.18 min manata enib.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...