Dərsi fərqli üsulla izah edir - Müəllim təbaşirlə döşəməyə şəkil çəkir - VİDEO

Dərsi fərqli üsulla izah edir - Müəllim təbaşirlə döşəməyə şəkil çəkir - VİDEO
Video
Sosial 2639
Dərsi fərqli forma və üslubda keçən müəllimlərlə bağlı sizə bir neçə dəfə xəbər təqdim etmişik. Həm sizdən gələn mesajlar, həm də sosial şəbəkələrdə belə müəllimlərə olan reaksiyalar onu göstərir ki, onlara münasibət müsbətdir. İndi sizə daha bir belə xəbər təqdim edəcəyik. Ancaq bu dəfəki qəhrəmanımız əvvəlkilər kimi gənc nəslin nümayəndəsi deyil. Deməli, Bakının Balaxanı qəsəbəsində orta məktəblərin birində müəllim işləyən Valeh Novruzovun 60 yaşı var. O, dərsi yazı lövhəsində yazaraq deyil, döşəmə üzərində izah edir. Müəllim döşəmədə dərsi izah edir. 40 ildir ki, riyaziyyat fənnini tədris edən Valeh Novruzov Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən 69 nömərli məktəbin müəllimidir. Kadrlar, məktəbin 10a sinifinin dərs prosesində, şagirdlərdən biri tərəfindən çəklib. Metodis, bilərəkdən döşəməni lövhə olaraq seçdiyini deyir. Bu dərsi lövhə üzərində izah etməyin mənasız olduğunu bildirir. 60 yaşı, ona dərsi fərqli metodla izah etməyə mane olmur. Belə ki, aşağı əyilərək təbaşirlə şəkil çəkən müəllim vacib olanın, dərsi şagirdlərə aşılamaq olduğunu deyir. Valeh Novruzov, şagirdlərə "ay qa", "ayə" kimi fərqli formalarda müraciət etməsinə də aydınlıq gətirib. Qeyd edək ki, ötən il Valeh Novruzovun 2 tələbəsi 600-dən yuxarı nəticə göstərərək ödənişsiz əsaslarla ali məktəbə qəbul olunublar. BAKU.WS

Son xəbərlər