SİZİN REKLAM BURADA!
055 213 76 73



"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) bütün reyslərində əl yükünün icazə verilən çəkisini artırıb.

AZAL-ın mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bundan sonra ekonom sinfin sərnişinləri çəkisi 8 kiloqrama, biznes sinfin müştəriləri isə çəkisi 15 kiloqrama qədər olan əl yükünü özləri ilə götürə bilərlər.

Əvvəl əl yükünün icazə verilən maksimum çəkisi 5 kiloqram idi.

"Azərbaycan Hava Yolları”nın reyslərində əl yükünün ölçüləri 55x35x20 santimetrdən çox olmamalıdır.

Ziya Səccad
BAKU.WS