Bakının Nəriman Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 25-də ağaclar kütləvi şəkildə qırılır.

Bu barədə BAKU.WS-ə həmin küçədə yerləşən binanın sakinləri məlumat verib.

Onların sözlərinə görə, naməlum səxslər binanın qarşısındakı ağacları bu gündən qırmağa başlayıblar. Sakinlər onların kim olduqlarını bilmirlər.

Narazı kütlənin sözlərinə görə, kəsilən ağacların yerində qarajların tikiləcəyi bildirilir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, hadisə yerinə nazirliyin əməkdaşları göndərilib, araşdırma aparılır.

Məsələni diqqətdə saxlayacağıq.
 
İlyas Quliyev
BAKU.WS