Bakıda peyda olan ayı balasından yeni xəbər
Bakının Suraxanı rayonunda tapılan ayı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilib.
Bu barədə "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
O bildirib ki, ayı balası Altıağac milli parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilib.
"Ayı balası klinikada bir müddət reabilitasiya keçdikdən sonra vəhşi təbiətə, yəni meşəyə buraxılacaq", - İ.İbrahimova qeyd edib.
Qeyd edək ki, dünən Bakının Suraxanı rayonunda, "Baku Bus” avtobuslarının saxlanıldığı yerin yaxınlığında ayı balası peyda olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oktay Bayramovun "Report”a məlumatında bildirmişdi ki, ayı FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən götürülüb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda peyda olan ayı balası belə tutuldu (VİDEO)
Bu gün Zığ qəsəbəsi, Hövsan yolunun üstündə görünən ayı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən tutulub. Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə...