Baytarlıq arayışı alanlara ŞAD XƏBƏR

23
sen
2022
12:59
Azərbaycanda baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğvi təklif edilir.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə “Dövlət rüsumu haqqında” qanunun müvafiq maddəsinə dəyişiklik təklif edilir.
Qeyd edək ki, qanun layihəsi sahibkarlığa dövlət dəstəyinin artırılması məqsədi daşıyır.
Digər məqsəd isə heyvan mənşəli məhsullarda kəskin qiymət artımının qarşısının alınmasıdır.
Hazırda qüvvədə olan qanuna görə, baytarlıq arayışının verilməsi (bir sənəd) üçün 5 manat dövlət rüsumu nəzərdə tutulub.
Oxşar xəbərlər
AQTA 45 müəssisədə nöqsanlar aşkarlayıb - SİYAHI
Sentyabrın 9-da Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 44 ticarət müəssisəsi və 28...
