SİZİN REKLAM BURADA!
055 213 76 73


Həftəsonu - martın 20-də Azərbaycana yaz fəsli daxil olacaq.

BAKU.WS xəbər verir ki, yaz fəsli ölkəmizə martın 20-si saat 19:33-də qədəm qoyacaq.

Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarımkürəsində Yaz fəsli başlayacaq.

Qeyd edək ki, Şimal yarımkürəsində Yaz fəsli iyun ayının 21-nə qədər davam edəcək. İyunun 21-i saat 13:13-də Yay fəsli Yazı əvəz edəcək.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun Gündüz və ən qısa Gecə olur.

Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə, 36 saniyə olacaq.

BAKU.WS