Yeni nazir müavini təyinatından DANIŞDI - FOTO

Gənclər və idman nazirinin yeni müavini Mariana Vasilyeva təyinatı barədə "Facebook"da paylaşım edib.
BAKU.WS həmin paylaşımı təqdim edir:
“Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə gənclər və idman nazirinin müavini təyin olunmağım mənim üçün böyük şərəfdir. Dövlətimizin başçısı İlham Əliyevə və Respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevaya bu etimad üçün təşəkkür edirəm.
Azərbaycana xidmət etməkdən və ölkəmizdə idmanın inkişafı üçün çalışmaqdan qürur duyuram.
Bu vəzifədə çalışacağım müddətdə mənə göstərilən yüksək etimadı doğrultmağa, Azərbaycan idmanının inkişafı üçün öz təcrübəmi və bacarığımı var-gücümlə sərf etməyə çalışacağam”.
Oxşar xəbərlər
Azərbaycanda bu şəxslərin aeroportların VİP salonlarından istifadə hüququ var - SİYAHI
Azərbaycanın aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azər...