Bakının yollarında görünməyən təhlükə: Asfalt örtüyünün altında nə baş verir?
Paytaxt yollarında asfalt örtüyünün çökməsi artıq tez-tez müşahidə olunan problemlərdən birinə çevrilib. Lakin bəzi hallarda təhlükə yalnız yol örtüyünün çökməsi ilə məhdudlaşmır.
BAKU.WS Baku TV-ə istinadla xəbər verir ki, asfaltın altında yaranan böyük boşluqlar həm sürücülər, həm də piyadalar üçün ciddi təhlükə yaradır.
Belə hal Binəqədi rayonunun Biləcəri qəsəbəsində müşahidə olunur. Ərazidə günlərdir asfalt örtüyü çöküb və yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb. Çökən asfaltın altında isə böyük boşluqların olduğu görünür.
Bu boşluqların müxtəlif səbəblərdən, o cümlədən yol örtüyünün aşınması, kanalizasiya sistemində yaranan problemlər, eləcə də istifadə olunan materialların keyfiyyəti ilə bağlı əmələ gəldiyi bildirilir.
Oxşar xəbərlər
Dayıoğlu bibioğlundan şikayətçidir: "Pul lazım idi, satmışam, yaxşı eləmişəm"
Paytaxt sakini, 31 yaşlı Kamran Daşdəmirov dələduzluğa məruz qaldığını iddia edir. Onun sözlərinə görə, etibarından sui-istifadə edən şəxs bibisi oğlu Elmar Rüs...