Azərbaycanda bu şəxslərin aeroportların VİP salonlarından istifadə hüququ var - SİYAHI
Azərbaycanın aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin siyahısı təsdiqlənib.
BAKU.WS-in xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Azərbaycanın aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin siyahısı aşağıdakı kimidir:
1. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, habelə ailə üzvləri;
2. Azərbaycan Respublikasının Baş naziri, habelə ailə üzvləri;
3. Azərbaycan Respublikası Milli Məclisinin sədri, habelə ailə üzvləri;
4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, habelə ailə üzvləri;
5. Azərbaycan Respublikasının vitse-prezidentləri, habelə ailə üzvləri;
6. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, habelə ailə üzvləri;
7. Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin rəisi, habelə ailə üzvləri;
8. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, habelə ailə üzvləri;
9. Azərbaycan Respublikası Baş nazirinin müavinləri, habelə ailə üzvləri;
10. Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri, habelə ailə üzvləri;
11. Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin rəisi, habelə ailə üzvləri;
12. Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, habelə ailə üzvləri;
13. Azərbaycan Respublikası Prezidentinin köməkçiləri, Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdirləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, 4 Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının Katibi xidmətinin şöbə müdirləri, Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavinləri, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbə müdirləri, Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi və onun müavinləri, Azərbaycan Respublikası Xüsusi Tibb Xidməti rəisinin müavinləri, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin şöbə müdirləri;
14. Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyi rəisinin müavinləri, Azərbaycan Respublikası Birinci vitseprezidentinin köməkçiləri;
15. Azərbaycan Respublikasının vitse-prezidentlərinin köməkçiləri;
16. Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri və onun müavini, Azərbaycan Respublikası Baş nazirinin Katibliyinin rəisi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının şöbə müdirləri, Azərbaycan Respublikası Baş nazirinin köməkçiləri, Azərbaycan Respublikası Nazirlər Kabineti Mətbuat xidmətinin rəhbəri;
17. Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavinləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri və onun müavini, Azərbaycan Respublikası Milli Məclisinin İşlər müdiri, Azərbaycan Respublikası Milli Məclisi Aparatının şöbə müdirləri, Azərbaycan Respublikası Milli Məclisi rəhbərliyinin Katibliyinin rəisi, Azərbaycan Respublikası Milli Məclisi sədrinin köməkçiləri;
18. Heydər Əliyev Fondunun prezidenti, vitse-prezidenti və icraçı direktoru;
19. Azərbaycan Respublikasının keçmiş Prezidenti və onun ailə üzvləri;
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin müavini, hakimləri, Aparatının rəhbəri;
21. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri və onun müavini;
22. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman);
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakim;
24. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;
25. Azərbaycan Respublikasının Baş prokuroru və onun müavinləri;
26. Məhkəmə-Hüquq Şurasının sədri və üzvləri;
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri və onun müavini, Azərbaycan Respublikası Ali Məhkəməsinin kollegiya sədrləri, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri, Aparatının rəhbəri;
28. apellyasiya məhkəmələrinin sədrləri;
29. mərkəzi icra hakimiyyəti orqanları yanında dövlət agentliklərinin və xidmətlərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən rəhbərləri;
30. dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlətin adından yaradılan publik hüquqi şəxslərin idarəetmə orqanlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən rəhbərləri;
31. Azərbaycan Respublikası Hesablama Palatasının sədri və onun müavini;
32. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri;
33. Dövlət Neft Fondunun İcraçı direktoru;
34. Azərbaycan Respublikası Auditorlar Palatasının sədri;
35. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri;
36. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Prezidenti və vitse-prezidentləri;
37. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və vitse-prezidentləri;
38. Azərbaycan Respublikasının Prezidenti yanında komissiyaların sədrləri;
39. Heydər Əliyev Mərkəzinin direktoru;
40. Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri;
41. Naxçıvan Muxtar Respublikasının Baş naziri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavinləri, Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavinləri, Naxçıvan Muxtar 6 Respublikası Ali Məclisinin üzvləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçiləri, Naxçıvan Muxtar Respublikasının prokuroru, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəsi;
42. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri;
43. Azərbaycan Respublikasında dini mərkəzlərin (idarələrin) rəhbərləri;
44. Azərbaycan Rəssamlar İttifaqının sədri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri;
45. Azərbaycan Respublikasının xarici dövlətlərdə səfirləri, baş konsulları və beynəlxalq təşkilatlarda daimi nümayəndələri;
46. Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Respublikasının Birinci vitse-prezidentini, Azərbaycan Respublikasının vitse-prezidentlərini, Azərbaycan Respublikasının Baş nazirini və onun müavinlərini, Azərbaycan Respublikası Milli Məclisinin sədrini və onun müavinlərini, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərini, Azərbaycan Respublikası Prezidentinin İşlər müdirini, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin rəisini və Azərbaycan Respublikasının xarici işlər nazirini xarici və ölkədaxili səfərlərdə müşayiət edən rəsmi nümayəndə heyətlərinin üzvləri;
47. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı;
48. verilmiş tapşırıq üzrə öz vəzifələrini yerinə yetirən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin diplomatik kuryerləri və feldyegerləri.
Oxşar xəbərlər
Azərbaycanda bu tarixdən küçəyə çıxmağa yalnız SMS-lə icazə verəcəklər
Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqq...