VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Ötən gün təqribən saat 19:30-dan Gədəbəyə yağan leysanın dolu ilə müşayiət edilməsi rayonda ciddi fəsadlara yol açıb.

BAKU.WS Region TV-yə istinadən məlumat verir ki, Novo-Saratovka-Qaravəllər kəndlərarası yolu tamamilə sıradan çıxıb, 7 körpü tam dağılıb, bir neçəsi isə qəzalı vəziyyətə düşüb. Axıncaçaydan atla keçən Hüseynqulular kənd sakini 32 yaşlı Osman Rzayevi sel aparıb və onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Leysan Şınıx bölgəsinin inzibati ərazinə daxil olan 26 kəndlə əlaqəni kəsib. 5 kəndin elektrik ererjisi ilə təminatı tamamilə dayanıb. 1000 ha əkin sahəsinə ziyan dəyib.

Rayonun Hacılar və Çayrəsullu kəndlərində 5 ev qəzalı vəziyyətə düşüb. Mülki şəxslərə məxsus 60 baş xırda, 4 baş iribuynuzlu heyvanı, eləcə də 2 minik avtomobilini sel aparıb.

Sakinlərin sözlərinə görə, ötən günkü kimi təbii fəlakət rayon ərazisində müşahidə edilməyib. Leysan, dolu və selin fəsadlarını aradan qaldırmaq üçün 20 ağır texnika və canlı qüvvə səfərbər olunub. Kəndlərlə əlaqəni bərpa etmək üçün rayonun Başkənd kəndinə gedən körpüdə yaranan qəzalı vəziyyət aradan qaldırılır.

Dəyən ziyanın hesablanması istiqamətində tədbirlər görülür.
 
BAKU.WS