VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hava şəraitinin dəyişməsi ilə bağlı dənizdə fəaliyyət göstərən neft və qazçıxarma idarələrinə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.

BAKU.WS xəbər verir ki, bu barədə oxu.az-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov açıqlama verib.

SOCAR rəsmisi bildirib ki, açıq səthlərdə aparılan işlər dayandırılır, növbətçilik təşkil olunur:

“İşçilərin sahilə çıxarılmasına zərurət yaranmasa da, riskləri minimuma endirmək üçün 17 işçimizin yerinin özüllər arasında müvəqqəti dəyişməsi və ən təhlükəsiz məkanlarda yerləşdirilməsi təmin olunur”.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq daxil olub. Bu gün axşam saatlarından başlayaraq Xəzər dəniz akvatoriyasında şimal-qərb, şimal küləyi 13-18, arabir 20-23 m/s, sonrakı inkişafda isə 25-30 m/s-dək güclənəcək. Dalğanın hündürlüyünün 3.0-5.5 metrə çatacağı proqnozlaşdırılır.

İyulun 27-si axşamdan 29-na kimi isə şimal-qərb küləyinin 19-24, arabir 28-33, açıq dənizdə 35 m/s kimi güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-4, sonrakı inkişafda 5-7 metrə çatacağı proqnozlaşdırılır.

BAKU.WS