Bakı metrosundan istifadə edənlərə şad xəbər
                            
                                02
                                sen
                            
                                2015
                                17:10
                            
                            Bakı metropoliteninin tikilməkdə olan yeni metrostansiyalarından olan "Avtovağzal” ərazisində piyada körpüsü salınacaq. Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin BAKU.WS-ə verdiyi məlumata görə, piyada keçidi Bakı-Sumqayıt yolu üzərindən metrostansiya qarşısına qədər uzanacaq. "Avtovağzal” stansiyasında sərnişinlərin hərəkətini asanlaşdırmaq üçün inşa edilən piyada keçidi gələn il hazır olacaq. Qeyd edək ki, "Avtovağzal" və "Memar Əcəmi-2" gələn ilin ilk yarısına qədər istifadəyə veriləcək. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosunun yeni stansiyalarına baxış keçirilib (FOTO)
"Moskva metropoliteni" Dövlət Unitar Müəssisəsinin rəisi Dmitri Peqovun başçılıq etdiyi nümayəndə heyəti avqustun 27-28-də Bakıda səfərdə olub. "Bakı Metropoli...