SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycan daxili işlər orqanlarında yeni kadr dəyişiklikləri olub.

"Report” xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Cinayət Axtarış İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Hikmət Qasımov işdən azad olunaraq Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) rəisinin əməliyyat işləri üzrə müavini təyin edilib.

Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinin rəis müavini, polis mayoru Bəhruz Musayev vəzifəsindən azad edilərək Quba Rayon Polis Şöbəsinin İstintaq bölməsinə rəis təyin olunub.
 
BAKU.WS