ABŞ ordusu İrana qarşı ikinci zərbə dalğasına başlayıb
ABŞ hərbçiləri İrana qarşı ikinci zərbə mərhələsini həyata keçirməyə başlayıblar.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Komandanlığın X sosial şəbəkəsində yayımladığı açıqlamada bildirilib: "ABŞ-ın şərq sahili vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 23:00 - Qeyd) ABŞ Silahlı Qüvvələri İrana qarşı zərbələrin ikinci dalğasına başlayıb. Zərbələr Hörmüz boğazından sərbəst şəkildə keçən gəmilərə qarşı təhdid yaratmaq üçün istifadə edilən İranın hərbi obyektlərini hədəf alır".
Qeyd olunub ki, əməliyyatın əsas məqsədi İranın dəniz nəqliyyatına qarşı istifadə etdiyi hərbi imkanların zəiflədilməsidir.
Oxşar xəbərlər
Ərdoğan: Müharibənin Ukraynanın ərazi bütövlüyünün təminatı ilə yekunlaşmasını arzulayırıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının iclasında çıxış edib və bildirib ki, Türkiyənin əsas ar...