"Avtobus ya xarab olur, ya da gecikir": 569 nömrəli marşrutdan ŞİKAYƏT
Yeniliklərdən dərhal xəbərdar olun
569 nömrəli marşrut avtobusunun fəaliyyəti ilə bağlı sərnişinlər narazılıqlarını bildirirlər.
Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə vətəndaşlar məlumat veriblər.
Onların sözlərinə görə, marşrut avtobusunda problemlər demək olar ki, hər gün təkrarlanır. Sakinlər bildirirlər ki, avtobus ya texniki nasazlıq səbəbindən yolda qalır, ya da dayanacağa gec çatır.
Şikayətçilər qeyd edirlər ki, əvvəllər bu marşrutda belə problemlər yaşanmırdı. Onların iddiasına görə, avtobuslar yeniləndikdən sonra gecikmələr və nasazlıqlar daha da artıb.
Bundan əlavə, sərnişinlər isti hava şəraitində avtobuslarda kondisionerlərin işləmədiyini və bu səbəbdən səfərin çətinləşdiyini bildirirlər.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlamışıq.
Şəhanə Xankişiyeva
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....