Dronla vurulan gəminin azərbaycanlı kapitanı HƏLAK OLDU

Dronla vurulan gəminin azərbaycanlı kapitanı HƏLAK OLDU
Hadisə 395

Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin "Okean Maritime" şirkətinə məxsus və içərisində 11 nəfər azərbaycanlı olan "Atlas Bey" mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Hücumdan sonra kapitan istisna olmaqla digər ekipaj üzvləri Odessa şəhərində sahilə çıxarılıblar.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Dənizçilərin İctimai Birliyinin sədri İlham Nəsirov gəminin kapitanı Səməd Nəsrullayevin həlak olduğunu bildirib.

Birlik sədri öz vəzifə borcunu yerinə yetirərkən amansız hücumun qurbanı olan kapitanın yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də hücum barədə açıqlama yayıb.

Məlumatda xilas edilən ekipaj üzvlərinin vəziyyətinin qənaətbəxş olduğu, kapitanın axtarışı istiqamətində tədbirlər görüldüyü qeyd edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü

Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki,  hadisə Bakı-Quba avtomobil yolunun Hac...

63 Hadisə 22:36 21 sentyabr 2026

Son xəbərlər