Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
21
sen
2026
17:22
Masallı rayonu, İsgəndərli qəsəbəsində Taleh Seyran oğlu Rəsulova məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Füzuli İbrahim oğlu Paşayevə məxsus toyuq kəsimi sahəsində yoxlama keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb.
Qalereya
Oxşar xəbərlər
Cəlilabadda açıq ərazi yanır
Cəlilabadda quru otluq ərazidə yanğın başlayıb. BAKU.WS xəbər verir ki, yanğın Ələt-Astara yolunun ətrafında qeydə alınıb. Hadisə yerinə FHN-nin yanğınsöndürənl...