Şəmkirdə zəhərlənən 11 nəfərin son VƏZİYYƏTİ
Şəmkirdə ötən gün zəhərlənmə ehtimalı ilə 11 nəfər xəstəxanaya yerləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB sorğuya cavab olaraq məlumat yayıb.
Məlumata əsasən, zəhərlənmə şübhəsi ilə 9 qadın və 2 kişi Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb.
Pasiyentlərə ilkin tibbi yardım göstərilib, müayinələr aparılıb. Həkim nəzarətindən sonra onların vəziyyəti qənaətbəxş qiymətləndirilib və hər biri ambulator müalicə üçün evə buraxılıb.
***10:02Şəmkir rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 11 nəfər restoranlardan birində qida qəbul etdikdən sonra zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yeləşdirilib.
Bunlar Mədinə İsmayılova (1995), Sevil Cəlilova (1994), Gülbəniz Cəlilova (1973), Leyla Qurbanova (2007), Rüfət Qurbanov (1999), Türə Daşdəmirova (1999), Famil İsgəndərov (1994), Aysu Abbasova (2015), Rüxsarə İsgəndərova (1967), Fatimə İsgəndərova (1999) və onun həmyaşıdı Rasim Şirinovdur.
Həmin şəxslərin məclislərdən birində yedikləri salatdan zəhərləndikləri ehtimal olunur.
Faktla bağlı araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
"Avtobus ya xarab olur, ya da gecikir": 569 nömrəli marşrutdan ŞİKAYƏT
569 nömrəli marşrut avtobusunun fəaliyyəti ilə bağlı sərnişinlər narazılıqlarını bildirirlər. Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə vətəndaşlar məlumat veriblər...