114 nömrəli marşrutdan ŞİKAYƏT: "Oturacaqlar oturmağa yararsızdır"

114 nömrəli marşrutdan ŞİKAYƏT: Oturacaqlar oturmağa yararsızdır
Foto
Sosial 51

Paytaxt sakinləri 114 nömrəli marşrut xəttində yaşanan problemlərdən narazıdırlar.

Məsələ ilə bağlı BAKU.WS-in "Qaynar xətti"nə vətəndaş şikayəti daxil olub.

Sərnişinin sözlərinə görə, marşrutda uzun müddətdir ciddi problemlər yaşansa da, məsələ hələ də həllini tapmayıb. Bildirilib ki, bununla bağlı dəfələrlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilib və daşıyıcı şirkətə xəbərdarlıq olunmasına dair cavab məktubları göndərilib. Lakin buna baxmayaraq, vəziyyət dəyişməyib.

Şikayətdə qeyd olunub ki, 114 nömrəli avtobuslarda intervallar həddindən artıq uzundur, xəttə sərnişin sıxlığına uyğun sayda avtobus buraxılmır. Bundan əlavə, avtobusların salonunda antisanitar vəziyyət hökm sürür, bir çox oturacaqlar qırıq və yararsız haldadır.

Vətəndaşın sözlərinə görə, qış aylarında istilik sistemi normal işləmir, yay mövsümündə isə avtobuslarda soyutma sistemi olmadığından sərnişinlər ciddi narahatlıq yaşayırlar. Bundan əlavə sürücülər sərnişinlərlə çox kobud formada rəftar edirlər.

Sərnişinlər həmçinin bildiriblər ki, saat 23:00 olmamış 114 nömrəli avtobuslar fəaliyyətini dayandırır ki, bu da xüsusilə gec saatlarda hərəkət edən vətəndaşlar üçün çətinlik yaradır.

Məsələ ilə bağlı aidiyyatı quruma müraciət etdik.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər