Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü
Hadisə 53

Bakıda kişi şalvarını ütüləmədiyi üçün həyat yoldaşını döyüb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsindəki evdə baş verib.

Həmin evdə yaşayan 1992-ci il təvəllüdlü Sahibcan Məmmədov (soyadı şərtidir - red.) səhər saatlarında yuxudan oyanıb və şalvarının ütülənmədiyini görüb. O, həyat yoldaşını çağıraraq, şalvarını ütüləməyi tapşırsa da, həyat yoldaşı ona vaxtının olmadığını bildirib. Bundan əsəbiləşən Sahibcan həyat yoldaşı ilə mübahisə edib. Mübahisə nəticəsində Sahibcan həyat yoldaşını döyərək, ona xəsarətlər yetirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və Sahibcan saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Sahibcan Məmmədov 1 500 manat cərimələnib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb

Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb

Neftçala rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisi...

125 Hadisə 23:36 22 oktyabr 2026

Son xəbərlər