SİZİN REKLAM BURADA!
055 213 76 73


Əlahiddə Ümumqoşun Orduda zirehli döyüş maşınlarının heyətləri ilə döyüş atışlı məşğələlər keçirilir.

BAKU.WS Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məşğələlərdə zirehli texnikaların ekipajlarının piyadaların döyüş maşınlarını və zirehli transportyorları idarəetmə vərdişləri təkmilləşdirilir.

Zirehli texnikalar üzrə bilikləri yoxlanılan heyətlər döyüş texnikalarının silahlarından ustalıqla istifadə edərək hədəfləri sərrastlıqla məhv edirlər.

Hazırda təlim mərkəzi və poliqonlarda piyadaların döyüş maşınlarının və zirehli transportyorların ekipajlarının yerinə yetirdiyi tapşırıqların icra vəziyyətinin qiymətləndirildiyi məşğələlər davam edir.

BAKU.WS
VİDEO

QALEREYA