Naxçıvan Qarnizonu Qoşunlarında yarış keçirilib - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında “Ən yaxşı tank və zirehli döyüş maşını heyəti” adı uğrunda yarış keçirilib.
BAKU.WS-in Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, yarışın planına əsasən tanklar, piyadanın döyüş maşınları və zirehli transportyorlar üzrə bilikləri yoxlanılan hərbi qulluqçulardan döyüş və texniki hazırlıq üzrə normativlər qəbul olunub.
Heyətlər döyüş texnikalarından ustalıqla istifadə edərək hədəfləri sərrastlıqla məhv edib və sürücülük çalışmalarını peşəkarlıqla yerinə yetiriblər.
“Ən yaxşı tank və zirehli döyüş maşını heyəti” adı uğrunda yarışda fərdi qiymətləndirmə də aparılaraq ən yaxşı tank-döyüş maşını komandiri, tuşlayıcı-operator və mexanik-sürücü adlarını qazananlar da olub.
Yarışda yüksək nəticələr göstərmiş hərbi qulluqçular Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.
Qalereya
Oxşar xəbərlər
Müdafiə Nazirliyi: Qadın hərbçilər nümunəvi xidmətləri ilə seçilirlər - VİDEO
Tarixin bütün dönəmlərində mərdliyi və şücaəti ilə seçilən Azərbaycan qadınları kişilərlə çiyin-çiyinə Vətənin müdafiəsinə qalxaraq yurdumuzun təhlükəsizliyini...
