Əlahiddə Ümumqoşun Orduda döyüş atışlı məşğələlər keçirilir - VİDEO

Əlahiddə Ümumqoşun Orduda döyüş atışlı məşğələlər keçirilir - VİDEO
Foto Video
Sosial 121

Əlahiddə Ümumqoşun Orduda zirehli döyüş maşınlarının heyətləri ilə döyüş atışlı məşğələlər keçirilir.

BAKU.WS Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məşğələlərdə zirehli texnikaların ekipajlarının piyadaların döyüş maşınlarını və zirehli transportyorları idarəetmə vərdişləri təkmilləşdirilir.

Zirehli texnikalar üzrə bilikləri yoxlanılan heyətlər döyüş texnikalarının silahlarından ustalıqla istifadə edərək hədəfləri sərrastlıqla məhv edirlər.

Hazırda təlim mərkəzi və poliqonlarda piyadaların döyüş maşınlarının və zirehli transportyorların ekipajlarının yerinə yetirdiyi tapşırıqların icra vəziyyətinin qiymətləndirildiyi məşğələlər davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarında yarış keçirilib - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında yarış keçirilib - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında “Ən yaxşı tank və zirehli döyüş maşını heyəti” adı uğrunda yarış keçirilib. BAKU.WS-in Müdafiə Nazirliyinə istinadən verdiyi xəb...

92 Sosial 19:42 26 mart 2020

Son xəbərlər