BP-yə yeni vitse-prezident təyin olunub
Nadir İmanov bu ilin aprelin 1-dən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üçün maliyyə məsələləri üzrə vitse-prezidenti vəzifəsinə təyin edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, "BP-Azerbaijan" şirkətinə istinadən xəbər verir ki, o, hazırda şirkətin Yaxın Şərq və Şimali Afrikada maliyyə üzrə vitse-prezidentidir.
Yeni vəzifəsində N. İmanov BP-nin AGT regionu üzrə maliyyə məsələlərinin idarə edilməsinə cavabdeh olacaq. O, BP-nin London ofisindəki hasilat və əməliyyatlar sahəsində maliyyə məsələləri üzrə baş vitse-prezidentinin rəhbərliyi altında çalışacaq.
N. İmanov bu vəzifədə AGT regionunda maliyyə məsələləri üzrə hazırkı vitse-prezident Kolin Allanı əvəz edəcək. K. Allan isə aprelin 1-dən Birləşmiş Krallığa qayıdacaq.
Bu vəzifədə N. İmanov BP-nin Azərbaycanda yerli vətəndaş olan yeddinci vitse-prezidenti kimi AGT üzrə regional rəhbər heyətin üzvü olacaq.
N. İmanovun 30 ildən artıq planlaşdırma və kommersiya sahəsində təcrübəsi var və əksərən də bp əməkdaşı kimi Azərbaycan, Türkiyə, Misir və Omanda çalışmaqla həmin ölkələrdə böyük komandalara və iri biznes sahələrinə rəhbərlik edib.
Oxşar xəbərlər
Pensiya, müavinət və sosial yardımla bağlı ŞAD XƏBƏR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün fevral ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial...