VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qələbəmizin qəhrəmanlarından olan qazilərdən birinin çağırışına cavab verilib.

BAKU.WS xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov sosial şəbəkədə paylaşım edib.

O, bildirib ki, Qazax rayon sakini, Vətən müharibəsində yaralanmış Musayev Kənan Nadir oğlunun ailəsinin ehtiyacları barədə sosial şəbəkədə yayılan məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları artıq həmin ailə ilə görüşüblər:

“Kənanın ayağı sağaldıqdan sonra o, protezlə təmin olunacaq. Sabah isə ona əlil arabası veriləcək.

Müharibə ilə əlaqədar əlillik dərəcəsi təyin edildikdən sonra Kənana əlilliyə görə müavinət və təqaüd də təyin ediləcək.

Anası Məmmədova Məhəbbət Seyfəddin qızının işsiz olduğu nəzərə alınaraq, o artıq Nazirlik tərəfindən işlə təmin edilib”.

BAKU.WS
QALEREYA