Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ

Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
Foto
Şou-biznes 309

Ötən gün qəfil dünyasını dəyişən gənc aktrisa Ece İrtemin vəfatı türk sənət aləmini yasa boğub. 35 yaşlı aktrisanın vəfatı ailəsi qədər onu sevənləri və həmkarlarını da sarsıdıb. Qəfil infarkt keçirən Ece az ömür yaşasa da, onun həyatında çətin və ağrılı-acılı günləri çox olub.

Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ

BAKU.WS gənc yaşda vəfat edən aktrisanın həyatı ilə bağlı bilinməyən bəzi faktları təqdim edir:

Ece İrtemin anası ona hamilə olarkən ölümdən dönüb. O gecikən doğuşla, 10 aylıq ikən 5,5 kiloqram çəkidə dünyaya gəlib. O artıq çəkili doğulduğu üçün, doğuş zamanı həkim onu əlindən salıb. Hətta baş barmağı ilə alnına elə basıb ki, həkimin baş barmağının izi hələ də onun alnında idi.

Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ

Ece 1991-ci ildə Sivasda doğulub. Atası prokuror olub, anası isə kargüzarlıqda işləyib.

Bu barədə o, müsahibələrindən birində belə deyirdi:

"Bir çox şəhərdə yaşadıq. Haralı olduğunu soruşanda Sivaslıyam deyirəm. Atam isə Aydınlı olduğumuzu xatırladıb xəbərdarlıq edir. Mən türkəm, türkiyəliyəm. Bunu iliklərimə qədər hiss edirəm. Hər yeri özümə doğma bilirəm".

Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ

Ece İrtem ibtidai sinifdə oxuyarkən qaçış üzrə yarışlarda yüksək nəticələr göstərib. 13 yaşında 1200 metri 3 dəqiqə 46 saniyəyə qaçıb. Ailəsi onun Hüquq fakültəsində oxumasını istəsə də, onun fikri-zikri həmişə musiqi və aktyorluqda olub.

2016-cı ildə "Kim Milyoner Olmak İster" yarışmasında iştirak edib. Universitetin 3-cü kursunda qısametrajlı filmlərlə aktyorluq karyerasına addım atıb, lakin bu gedişat kifayət qədər ağrılı olub. Dəfələrlə sınaq çəkilişlərinə getsə də, iş tapa bilməyib.

Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ

Aktrisa ilk rol aldığı layihəni bu sözlərlə ifadə etmişdi:

"Sonda bir görüş üçün zəng vurdular, amma mənim artıq gücüm bitmişdi, pulum bitmişdi, ümidim bitmişdi. "Gələ bilməyəcəm" dedim. İnad edib yol xərclərimi qarşılayınca getdim və gözlənilməz bir şəkildə rolu aldım. Amma təəssüf ki, hələ heç bir replikam olmadan serial bitdi".

Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ

Ece İrtem təhsilini başa vurduqdan sonra onu sınaq çəkilişlərinə də çağırmayıblar. Onda aktrisa ağır depressiyaya düşüb, həmin dövrdə İstanbulda xalasının evində qalıb və maddi cəhətdən də böyük çətinliklər yaşayıb:

"O dövrdə göy üzünə baxıb ağladığım anlar çox olub. "Allahım, nə olar kömək et. Çox istəyirəm, nə olar. Mənə bir fürsət, sadəcə bir fürsət ver" deyib çox, çox ağlamışam".

Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ

Aktrisa ötən il verdiyi müsahibəsində "Ən çox neçə gün depressiyada qala bilərsən" sualına "Çox uzun müddət qalaram" cavabını vermişdi.

Ece nənəsini itirdiyini və onunla küsülü ayrıldığı üçün uzun illər depressiyadan çıxa bilmədiyini söyləmişdi. Aktrisa bu gənc yaşında övladını da itirmişdi. O uzun müddət də bu acı xəbərin depressiyasından çıxa bilmədiyini bildirmişdi.

Aktrisa sonuncu dəfə "Kızılcık Şerbeti" serialında İşıl obrazında çəkilmişdi.

Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər